...

Tramp və Ərdoğan Qətər böhranını müzakirə edəcək

Dünya xəbərləri Materials 13 İyun 2017 14:05 (UTC +04:00)
ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq
Tramp və Ərdoğan Qətər böhranını müzakirə edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Qətər böhranını müzakirə edəcəyi gözlənilir.

M.Çavuşoğlu telefon danışığının dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti