...

Öküzü kameraya çəkmək istəyi baha başa gəldi... (VİDEO)

Dünya xəbərləri Materials 13 İyun 2017 20:08 (UTC +04:00)
Portuqaliyanın Terseyra adasında öküz onu planşetin kamerası ilə çəkən bir kişini yaralayıb.
Öküzü kameraya çəkmək istəyi baha başa gəldi... (VİDEO)

Bakı. Trend:

Portuqaliyanın Terseyra adasında öküz onu planşetin kamerası ilə çəkən bir kişini yaralayıb.

Trend-in məlumatına görə, heyvanı əlində yaşıl rəngli parça tutan oğlan əsəbiləşdirib. O öküzdən canını qurtaranda isə heyvan diqqətini onu kameraya çəkən kişiyə yönəldib və buynuzları ilə ona bir neçə zərbə endirib.

Xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti