...

Türkiyənin xarici işlər naziri Qətərə səfər edəcək

Dünya xəbərləri Materials 14 İyun 2017 03:25 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edəcək
Türkiyənin xarici işlər naziri Qətərə səfər edəcək

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edəcək.

Trend-in XİN-ə istinadən verdiyi məlumata görə, Çavuşoğlunun səfəri iyunun 14-də baş tutacaq.

Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmləri ilə görüşüb regionda vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti