...

Rusiyalı diplomatların Nyu-York çimərliklərinə pulsuz giriş hüququ əllərindən alındı

Dünya xəbərləri Materials 16 İyun 2017 05:16 (UTC +04:00)
Nyu-York ştatının Oyster-Bey şəhər hakimiyyəti rusiyalı diplomatları çimərliklərə pulsuz giriş hüqundan məhrum edib
Rusiyalı diplomatların Nyu-York çimərliklərinə pulsuz giriş hüququ əllərindən alındı

Bakı. Trend:

Nyu-York ştatının Oyster-Bey şəhər hakimiyyəti rusiyalı diplomatları çimərliklərə pulsuz giriş hüqundan məhrum edib.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, əvvəlki illərdə yerli administrasiya Russiyanın diplomatik nümayəndəliyinin əməkdaşlarına və onların ailələrinə hər yay 100 pulsuz buraxılış verirdi. Lakin indi onlar da digırləri kimi çimərliklərə daxil omaq üçün pul ödəməli olacaqlar.

Qeyd edək ki, Lonq Aylend adasında yerləşən Oyster-Bey şəhərində dörd böyük çimərlik var. Onların hər birinə giriş yerli sakinlər üçün 20, digərlər üçün 50-60 dollardı.

Yerli administrasiya onların qərarının federal hökumətdə baş verənlərlə heç bir əlaqəsi olmadığını iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti