...

Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi DAVA

Dünya xəbərləri Materials 16 İyun 2017 10:52 (UTC +04:00)
Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb.
Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi DAVA

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb.

Trend-in məlumatına görə, qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib.

Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulub.

Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti