...

Çində satıcısız səyyar mağazalar (VİDEO)

Dünya xəbərləri Materials 17 İyun 2017 17:51 (UTC +04:00)
Çinin Şanxay şəhərində avtomatlaşdırılmış səyyar mağazalar sınaq fəaliyyətinə başlayıb
Çində satıcısız səyyar mağazalar (VİDEO)

Bakı. Trend:

Çinin Şanxay şəhərində avtomatlaşdırılmış səyyar mağazalar sınaq fəaliyyətinə başlayıb.

Trend-in məlumatına görə, “Moby” mağazası günəş batareyaları ilə qidalanır və təkərləri olan kiçik pavilyondan ibarətdir.

Bu mağazanın müştərisinə çevrilmək üçün telefona müvafiq proqramı yazmaq lazımdır.

Taksi kimi, müştəri istənilən vaxt bu səyyar mağazanı da SMS vasitəsilə yaxın əraziyə çağıra bilər.

Xüsusi qurğular vasitəsilə mağaza vitrində olan məhsulların sayını bilir və həmin məhsul azaldıqda anbardan yeni məhsulları qəbul edir.

İsveçin “Wheelys” şirkətinin istehsalı olan səyyar “Moby”nin dəyəri 30 min dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti