...

Polis: Londonda yanğın zamanı itkin düşmüş 58 nəfər yəqin ki, ölüb

Dünya xəbərləri Materials 17 İyun 2017 21:21 (UTC +04:00)
Londonda “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğın zamanı 58 nəfər itkin düşüb və onlar yəqin ki, ölüb
Polis: Londonda yanğın zamanı itkin düşmüş 58 nəfər yəqin ki, ölüb

Bakı. Trend:

Londonda “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğın zamanı 58 nəfər itkin düşüb və onlar yəqin ki, ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Skotlend-Yardın nümayəndəsi Stüart Kandi deyib.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 30 nəfər həlak olub, 58 nəfərin itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda 24 nəfər müalicə alırş Onlardan 12-si hələdə reanimasiyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti