...

Səudiyyə Ərəbistanı İranın balıqçı qayığlarını atəşə tutub

Dünya xəbərləri Materials 18 İyun 2017 06:19 (UTC +04:00)
İranın 2 balıqçı qayığı Fars Körfəzində böyük dalğalar səbəbindən kursdan çıxaraq Səudiyyə Ərəbistanı ərazi sularına düşüb
Səudiyyə Ərəbistanı İranın balıqçı qayığlarını atəşə tutub

Bakı. Trend:

İranın 2 balıqçı qayığı Fars Körfəzində böyük dalğalar səbəbindən kursdan çıxaraq Səudiyyə Ərəbistanı ərazi sularına düşüb.

Trend-in "PressTV"yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının sahil mühfizəsi qayıqları görərəl onlara atəş açmağa başlayıb və nəticədə 1 balıqçı həlak olub.

Bu informasiyanı İranın Daxili İşlər Nazirliyi təsdiqləyib və bildirib ki, Səudiyyə Ərəbistanı vaxtından əvvəl atəş açmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti