...

Əfqanıstanda 5 terrorçu polis idarəsinə hücum edib

Dünya xəbərləri Materials 18 İyun 2017 10:10 (UTC +04:00)
Əfqanıstanın şərqində Paktiya əyalətində azı 5 terrorçu polis idarəsinə hücum edib
Əfqanıstanda 5 terrorçu polis idarəsinə hücum edib

Bakı. Trend:

Əfqanıstanın şərqində Paktiya əyalətində azı 5 terrorçu polis idarəsinə hücum edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, by haqda News Tolo telekanalı xəbər verir.

Məlumata görə, bir yaraqlı polis idarəsinin yaxınlığında özünü partladıb. Digər 3 nəfər polis idarəsinə girməyə cəhd göstərən zaman məhv edilib. Daha bir terrorçu təhlükəsizlik qüvvələri ilə atışmanı davam etdirir.

Əfqanıstan DİN-in nümayəndəsi bildirib ki, hücum nəticəsində iki polis həlak olub.

Regionda fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti