...

Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF

Dünya xəbərləri Materials 20 İyun 2017 10:59 (UTC +04:00)
Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir.
Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir qeyd edib ki, Ankara heç kimə Türkiyəni İŞİD terror qruplaşması ilə mübarizəyə zərər vurmaqda ittiham etməyə imkan verməyəcək.

Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti