...

Banqladeşdə 22 ölü - İLDIRIM vurdu

Dünya xəbərləri Materials 20 İyun 2017 13:47 (UTC +04:00)
Banqladeşdə son 2 gündə ildırım vurması nəticəsində 22 nəfər ölüb.
Banqladeşdə 22 ölü - İLDIRIM vurdu

Bakı. Trend:

Banqladeşdə son 2 gündə ildırım vurması nəticəsində 22 nəfər ölüb.

Trend-in məlumatına görə, ölkənin Təbii fəlakətlərin fəsadlarına qarşı mübarizə idarəsinin rəhbəri Reaza Əhməd bildirib ki, ardıcıl ildırım zərbələri bazar ertəsindən başlayaraq davam edib. Məlumata görə, həlak olanlar arasında sahədə işləyən bütöv bir ailə olub.

Qeyd edək ki, ötən həftə Banqladeşdə güclü leysan və torpaq sürüşməsi nəticəsində 158 nəfər həyatını itirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti