...

Blokada Doha aeroportunu çökdürdü - 12 istiqamətə uçuşlar dayandırılıb

Dünya xəbərləri Materials 20 İyun 2017 16:37 (UTC +04:00)
Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada “Həməd” beynəlxalq aeroportu 4 ölkəyə uçuşlar həyata keçirmir
Blokada Doha aeroportunu çökdürdü - 12 istiqamətə uçuşlar dayandırılıb

Bakı. Trend:

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada “Həməd” beynəlxalq aeroportu 4 ölkəyə uçuşları ləğv edib.

Trend-in məlumatına görə, Dohada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə olmaqla ümumilikdə 12 istiqamətə uçuşlar dayandırılıb.

Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti