...

Portuqaliyada yanğın - Əhali təxliyə edilir

Dünya xəbərləri Materials 20 İyun 2017 20:58 (UTC +04:00)
Portuqaliyada yanğınlar nəticəsində 27 yaşayış məntəqəsinin əhalisi köçürülüb.
Portuqaliyada yanğın - Əhali təxliyə edilir

Bakı. Trend:

Portuqaliyanın Qoyş rayonunda yanğınlar nəticəsində 27 yaşayış məntəqəsinin əhalisi köçürülüb.

Trend-in məlumatına görə, yağının tezliklə söndürüləcəyi gözlənilsə də, havanın isti və küləkli olması alovun qarşısını almağa imkan vermir. Eyni zamanda qatı tüstü yanğınsöndürən təyyarələrin işinə mane olur.

Gün ərzində 4,5 min sakinin təxliyə edilməsi gözlənilir.

Qeyd edək ki, ölkənin Pedroqan-Qrandi rayonunda yanğında 60 nəfər ölüb. Yanğınla mübarizəyə 2,2 min yanğınsöndürən cəlb edilib. İspaniya, İtaliya və Fransa da Portuqaliyaya yardım üçün təyyarə və canlı qüvvə göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti