...

Ramazan bayramı tətili 23 gün olacaq

Dünya xəbərləri Materials 21 İyun 2017 19:51 (UTC +04:00)
Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin qərarı ilə ölkədə 23 gün Ramazan bayramı tətili olacaq.
Ramazan bayramı tətili 23 gün olacaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin qərarı ilə ölkədə 23 gün Ramazan bayramı tətili olacaq.

Trend-in məlumatına görə, 16 iyundan başlayan qeyri-iş günləri 9 iyula qədər davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının əmək nazirliyi bayram tətilini 11 gün elan etsə də, sonradan istirahət günlərinin sayı kral tərəfindən artırılıb.

Ramazan ve Qurban bayramlarında uzun müddətli tətil edən Səudiyyə Ərəbistanı vətəndaşları bu iki bayramdan başqa sadəcə milli gün olan 23 sentyabrda bir günlük istirahət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti