...

Roma papası Sudana gedə bilmədi, 500 min dollar göndərdi

Dünya xəbərləri Materials 21 İyun 2017 20:54 (UTC +04:00)
Roma papasının Cənubi Sudana səfəri üçün bu ölkədə baş verən humanitar böhran səbəbindən baş tutmayıb.
Roma papası Sudana gedə bilmədi, 500 min dollar göndərdi

Bakı. Trend:

Roma Papası Fransiskin Cənubi Sudana səfəri bu ölkədə baş verən humanitar böhran səbəbindən baş tutmayıb.

Trend-in məlumatına görə, Papa bu ilin fevralında Romadakı anqlikan məbədinə ziyarəti zamanı bu məbədin nümayəndələri ilə birgə Sudana səfər edəcəyini açıqlamışdı.

Vatikandan bildiriblər ki, pontifikin Cənubi Sudana səfəri hələlik baş tutmasa da, kilsə qapılarını bağlamayıb. Belə ki, Papa bu ölkəyə 500 min dollar həcmində yardım ayırıb.

BMT-nin hesabatına görə, Cənubi Sudanda 100 min insan aclıqdan əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti