...

Polis: İsrailli tələbələr Ermənistanda saxta tibb diplomları alır

Dünya xəbərləri Materials 22 İyun 2017 11:58 (UTC +04:00)
İsrail polisi tələbələrin Ermənistanda saxta tibb diplomları alması barədə İsrail Səhiyyə Nazirliyinin şikayətini nəzərdən keçirir
Polis: İsrailli tələbələr Ermənistanda saxta tibb diplomları alır

Bakı. Elmira Tariverdiyeva - Trend:

İsrail polisi tələbələrin Ermənistanda saxta tibb diplomları alması barədə İsrail Səhiyyə Nazirliyinin şikayətini nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə İsrailin “The Marker” nəşri yazır.

Qeyd olunur ki, bir qrup şəxs İordaniya, Almaniya və ya İtaliya kimi ölkələrdə təhsil alan və təhsillərini davam etdirə bilməyən israilli tələbələri Ermənistana yönəldir.

Həmin tələbələrin 10 min avro qarşılığında Ermənistanda tibb universitetinə yerləşdirildiyi idida olunur.

Bununla əlaqədar olaraq, İsrail Səhiyyə Nazirliyi yerli tələbələrə xəbərdarlıq edib ki, Ermənistanda təhsil alanların diplomları dövlət səviyyəsində tanınmaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti