...

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 34 ölü, 60 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 22 İyun 2017 21:47 (UTC +04:00)
Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 34 ölü, 60 yaralı (YENİLƏNİB-2)

Bakı. Trend:

Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Trend bu barədə "TASS"a istinadən xəbər verir.

XXX

13:01

Trend-in xarici KİV-ə istinadən veridiyi məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 24, yaralıların sayı 60 nəfərə çatıb.

X X X

Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub. Trend-in məlumatına görə, partlayış şəhərdə bank şöbəsi yaxınlığında törədilib.

Helman əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisə nəticəsində 50-yə yaxın adam müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var.

Hazırda hadisə yerində polis araşdırmalar aparır.

Partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən olmayıb.

Xəbər lenti

Xəbər lenti