...

Konqoda silahlı toqquşma: 16 ölü

Dünya xəbərləri Materials 22 İyun 2017 23:51 (UTC +04:00)
Konqo Demokratik Respublikasında (KDR) hərbiləşdirilmiş birləşmələr və hərbçilər arasında silahlı toqquşmalar baş verib
Konqoda silahlı toqquşma: 16 ölü

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) hərbiləşdirilmiş birləşmələr və hərbçilər arasında silahlı toqquşma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 3 hərbçi və 13 hərbiləşdirilmiş birləşmələrin üzvü həlak olub. Bundan əlavə, 6 nəfərin yaralandığıda bildirilir.

Məlumata əsasən, toqquşma Beni şəhərində baş verib və hazırda vəziyyət stabilləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti