...

Pakistanda bir gündə 3 partlayış: ölənlərin sayı 70-ə çatıb

Dünya xəbərləri Materials 24 İyun 2017 13:47 (UTC +04:00)
Ötən gün Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş iki partlayış zamanı ölənlərin sayı 57-yə çatıb.
Pakistanda bir gündə 3 partlayış: ölənlərin sayı 70-ə çatıb

Bakı. Trend:

Ötən gün Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş iki partlayış zamanı ölənlərin sayı 57-yə çatıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində yaralıların sayı isə 300 nəfərə çatıb.

Bundan əvvəl 37 nəfərin öldüyü, 150 nəfərin xəsarət aldığı bildirilirdi.

Ötən gün daha bir partlayış isə Kvetta şəhərində polis məntəqəsinin yaxınlığında baş verib. Hadisə nəticəsində 13 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti