...

Əfqanıstanda terrorçular NBM-ə hücum ediblər, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 25 İyun 2017 13:04 (UTC +04:00)
Əfqanıstanın Herat əyalətində "Taliban" terror qruplaşmasının üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər
Əfqanıstanda terrorçular NBM-ə hücum ediblər, ölənlər və yaralananlar var

Bakı. Trend:

Əfqanıstanın Herat əyalətində "Taliban" terror qruplaşmasının üzvləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, nəticədə azı 10 polis əməkdaşı həlak olub, 4-ü isə yaralanıb.

Yerli polis nümayəndəsi Cilani Fərhad qeyd edib ki, terrorçular polislərin silahlarını ələ keçiriblər.

Məlumata əsasən, polislərlə terrorçular arasında atışma zamanı 4 terrorçu öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti