...

ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbus tutulub

Dünya xəbərləri Materials 26 İyun 2017 06:47 (UTC +04:00)
ABŞ-ın cənubunda Arkanzas ştatının hakimiyyəti 32 il qabaq həbsxanadan qaçan məhbusu tutub
ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbus tutulub

Bakı. Trend:

ABŞ-ın cənubunda Arkanzas ştatının hakimiyyəti 32 il qabaq həbsxanadan qaçan məhbusu tutub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Fox News telekanalı xəbər verir.

Məlumata görə, 60 yaşlı Stiven Dişman öz evində hüquq mühafizəçiləri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, Dişman 1985-ci ilin may ayında oğurluğa görə cəza çəkdiyi həbsxanadan qaçış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti