...

Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

Dünya xəbərləri Materials 26 İyun 2017 14:19 (UTC +04:00)
Yunanıstanın bir neçə rayonunda 46 dərəcə isti qeydə alınıb.
Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

Bakı. Trend:

Yunanıstanda son günlər 2007-ci ildən sonra ən yüksək temperatur müşahidə olunur.

Trend-in məlumatına görə, meteoroloqlar Yunanıstanın bir neçə rayonunda 46 dərəcə isti qeydə alıblar.

Bir neçə gündür ki, Avropanın əksər ölkələrində yüksək temperatur müşahidə olunur. Qitəyə isti hava kütlələrinin Afrikadan gəldiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti