...

Moskva-Kuba reysi ilə uçan təyyarə məcburi eniş edib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 İyun 2017 12:36 (UTC +04:00)
Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş etməyə hazırlaşır
Moskva-Kuba reysi ilə uçan təyyarə məcburi eniş edib (YENİLƏNİB)

İlk xəbər saat 11:44-də yayımlanıb

Bakı. Trend:

Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş edib.

İlkin məlumata görə, buna səbəb avtomatlaşma sistemində qeydə alınan nasazlıq olub.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Sərnişinlərin ehtiyat reyslə günorta saatlarında yola salınacağı barədə məlumat verilib.

X X X

Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu dəqiqələrdə təyyarə hava limanı üzərində dövrə vurur.

Fövqəladə enişin səbəbləri hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti