...

ABŞ-da "Florens" qasırğası 5 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 15 Sentyabr 2018 17:48 (UTC +04:00)
ABŞ-ın Şimali Karolina ştatında 5 nəfər "Florens" qasırğasının qurbanı olub.
ABŞ-da "Florens" qasırğası 5 nəfərin həyatına son qoyub

Bakı. Trend:

ABŞ-ın Şimali Karolina ştatında 5 nəfər "Florens" qasırğasının qurbanı olub.

Trend-in məlumatına görə, Uilminqton şəhərində evin üzərinə ağac düşməsi nəticəsində qadın və 8 aylıq körpə ölüb.

Kinstonda 78 yaşlı şəxsi elektrik cərəyanı vurub, 77 yaşlı digər sakin isə güclü küləyin qurbanı olub.

Digər bir nəfər isə sahilyanı ərazidə ölüb.

Qeyd edək ki, “Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar Virciniya, Corciya, Merilend, Şimali Karolina və Cənubi Karolina ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şimali və Cənubi Karolina ştatlarında 1,5 milyon sakinin təxliyəsi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti