...

SHELL-İN İCRAÇI DİREKTORU QAZAXISTANDA KONSERNİN İŞTİRAKININ GENİŞLƏNDİRİLƏCƏYİNƏ ÜMİD EDİR

Dünya xəbərləri Materials 2 İyul 2005 13:30 (UTC +04:00)

(Kazakhstan today) - Shell konserninin icraçı direktoru Yerun Van der Veer Astanada Qazaxıstan Respublikasının baş naziri Daniel Əhmədovla keçirdiyi görüş çərçivəsində konsernin Qazaxıstanda iştirakının genişləndiriləcəyinə ümidini ifadə edib.Bu barədə KZ-today-ə QR baş nazirinin mətbuat xidmətində bildirilib.

Görüş çərçivəsində şirkətin Qazaxıstandakı fəaliyyətinin gələcək inkişafına dair bir sıra məsələlər müzakirə edilib.Xüsusilə karbo-hidrat yataqlarının işlənib-hazırlanması sahəsində birgə layihələrin gerçəkləşdirilməsinin perspektivləri barədə söhbət aparılıb.

Qeyd olunub ki, bugünkü gündə Shell konserninin Qazaxıstanın üç müəssisəsində payı var və ölkənin iqtisadiyyatına təxminən iki mlrd. dollar investisiya qoyub.

Baş nazir əməkdaşlığın inkişafndan məmnunluğunu ifadə edib və qeyd edib ki, Qazaxıstan hökuməti Shell şirkətini iqtisadiyyatın neft-qaz sektorunun inkişafı sahəsində ən əhəmiyyətli tərəfdaşlardan və sərmayədarlardan biri kimi nəzərdən keçirir.

Öz növbəsində Yerun Van der Veer qeyd edib ki, Shell konsorsiumu Qazaxıstanda uzunmüddətli sərmayədar olmağa can atır.

Xəbər lenti

Xəbər lenti