...

İSRAİL VƏ MİSİR QƏZZA BÖLMƏSİNİN SƏRHƏDLƏRİNİN QORUNMASI BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Dünya xəbərləri Materials 24 Avqust 2005 13:40 (UTC +04:00)

(RBK) - İsrail və Misir Qəzza bölməsinin sərhədlərinin qorunması barədə razılıq əldə ediblər. İsrailin Müdafiə Nazirliyindəki mənbənin məlumatına görə, tərəflər bütün fikir ayrılıqlarını aradan qaldırmağa və bu məsələ üzrə yekun razılıq imzalamağa hazırdırlar. Bu barədə İsrailin Haaretz qəzeti məlumat verir.

Əldə olunmuş razılaşmaya görə, Qəzza bölməsinin Misir tərəfdən olan sərhədlərinin qorunması 750 misirli sərhədçi tərəfindən həyata keçiriləcək. Onlar yüngül odlu silahla, həmçinin əl qumbaraatanları ilə silahlanacaqlar. Bundan başqa, Misir tərəfinə sərhəd yaxınlığında möhkəmləndirilməmiş müşahidə məntəqələri yaratmağa icazə verilib. İsrailin fikrincə, Misir sərhədçilərinin əsas məqsədi Fələstin yaraqlılarının silah qaçaqmalçılığının qarşısını almaqdır.

Xatırladaq ki, Qəzza bölməsinin sərhədlərinin qorunması məsələsi İsrail məskənlərinin çıxarılması prosesində əsas məsələlərdən biri idi. Sərhəd üzərində nəzarətin ötürülməsi barədə Protokol hələ 2005-ci il fevralın 10-da imzalanıb. Onun qəti şəkildə qəbul edilməsi İsrail tərəfinin bu sahənin Misirin nəzarətinə verilən kimi Qəzza bölməsi üçün dərhal silah qaçaqmalçılığı yoluna çevriləcəyi ilə bağlı ehtiyatlanması üzündən yubanırdı.

Xəbər lenti

Xəbər lenti