...

ABŞ BMT-DƏ İSLAHATLARIN BAŞLAMASINA DAİR DƏRHAL DANIŞIQLARIN BAŞLANMASINA ÇAĞIRIR

Dünya xəbərləri Materials 25 Avqust 2005 15:43 (UTC +04:00)

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Con Bolton bu iri beynəlxalq təşkilatda islahatların aparılmasına dair dərhal danışıqların başlamasına çağırıb. Bu barədə Trend Reuters agentliyinə istinadən məlumat yayıb.

"Zaman gözləmir, - deyə C.Bolton öz xarici həmkarlarına müraciətində bildirib. "Uğura olan şansları artırmaq üçün dərhal danışıqlara başlamağı təklif edirəm. İmkan varsa, elə bu həftə Baş Assambleyasının hazırki sədri Jan Pinin layihəsi əsasında, lakin aşkarlıq və digər formatlarda, əlbəttə əgər bu, konsensusun əldə olunmasına kömək edərsə",- deyə C.Boltonun məktubunda bildirilir.

BMT strukturlarında islahatlar aparılması planı cari ilin 14-16 sentyabrında Nyu-Yorkda keçiriləcək təşkilata üzv olan ölkələrin sammitində təqdim olunacaq. Həmçinin, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və onun daimi üzvlərinni sayının artırılması təklif olunur. Şuranın bütün qərarları BMT Baş Assambleyasının sessiyasında səslərin üçdə ikisinin səs çoxluğu ilə təsdiq olunacaq.

Xəbər lenti

Xəbər lenti