...

"GÜRCÜSTAN VƏ AZƏRBAYCANIN QARS-AHALKALAKİ –TBİLİSİ DƏMİRYOLUNUN TİKİNİTİSİNƏ VƏSAİT QOYMAĞA MƏNƏVİ HAQQLARI YOXDUR "

Dünya xəbərləri Materials 30 Avqust 2005 17:23 (UTC +04:00)

(Mediamaks) - Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Yerevanda bəyan edib ki, "Gürcüstan və Azərbaycanın Qars-Ahalkalaki-Tbilisi dəmiryolunun tikintisinə vəsait qoymağa mənəvi haqqları çatmır ".

Yerevanın bu mövqeyini nazir onunla əsaslandırır ki, " Qars-Gömrü dəmiryolu mövcuddur və biz yeni magistralın tikintisi üçün beynəlxalq və daxili maliyyə ehtiyatlarının sərf edilməsini mənasız hesab edirik ".

Vardan Oskanyan xatırladıb ki, Qars- -Gömri dəmiryolu "məhz Türkiyənin yürütdüyü səhv siyasətin ucbatından işləmir ". "Xatırlatmaq istərdim ki, Ermənistan birinci mərhələdə Qars-Gömrü dəmiryolundan istifadə etməməyə hazır olduğunu və ondan Türkiyə, Azərbaycan və Gürcüstan arasında tranzit daşınmalara üçün çox az istifadə ediləcəyini bəyan etmişdi ", - deyə Vardan Oskanyan bəyan edib.

Xarici işlər naziri qeyd edib ki, Ermənistan öz mövqeyini beynəlxalq donorlarla, o cümlədən Avropa Birliyi və ABŞ-la əsaslandıraraq Qars-Ahalkalaki-Tbilisi dəmirolunun tikintisinə qarşı mübarizə aparacını bildirib. Eyni zamanda, Vardan Oskanyan artıq rəsmi Yerevanın " bu və ya digər regional layihələrlə qorxutmağın mümkün olmadığını" bildirib.

"Hətta əgər Qars-Ahalkalaki-Tbilisi dəmiryolu tikilərsə, Ermənistan xəritədən itməyəcək. Əksinə, biz öz irəliləyən inkişafımızı davam etdirəcəyik ", - deyə Ermənistan XİN-nin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti