...

ERMƏNİLƏR AVROPA PARLAMENTİNDƏ TÜRKİYƏ İLƏ BAĞLI KONFRANS KEÇİRƏCƏKLƏR

Dünya xəbərləri Materials 13 Sentyabr 2005 12:13 (UTC +04:00)

Ermənilərin Avropa federasiyası sentyabrın 22-də Avropa Parlamentinin xristian-demokratlar fraksiyası ilə birlikdə Avropa Parlamentinin binasında "Dekabr 2004-noyabr 2005: Türkiyə dəyişibmi?" mövzusuna həsr olunmuş konfrans keçirəcək.

Trend in Türkiyənin kütləvi informasiya vasitələrinə istinadən xəbər verdiyi kimi, tədbirdə Fransanın keçmiş başçısı Mişel Barnye (Michel Barnier), Avropa Parlamenti sosiallar fraksiyasının lideri Martin Şults (Martin Schulz), fransalı parlamentari Jak Tyubon (Jacques Toubon), Ermənistan Milli Məclisinin xarici əlaqələr üzrə komitəsinin sədri Armen Rüstəmyan, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kamiel Eurlinqs (Camiel Eurlings) iştirak edəcəklər.

Tədbir Avropa Parlamentinin vitse-spikeri İnqo Fridrixin (İngo Friedrich) bilavasitə dəstəyi ilə keçirilir.

Konfrans Türkiyənin Avropa İttifaqına daxil olması üzrə danışıqların başlanmasına qədər 10 gün ərzində keçiriləcək. Əsas məqsəd isə Ankara hökumətinin apardığı islahatların gedişi bağlı məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti