...

ƏRDOĞAN:ABŞ KONQRESİNİN KOMİTƏSİNİN "ERMƏNİ SOYQIRIMI" İLƏ BAĞLI QƏRARI ELMİ REALLIQLARA ƏSASLANMAYAN SİYASİ ADDIMDIR

Dünya xəbərləri Materials 17 Sentyabr 2005 12:35 (UTC +04:00)

ABŞ Konqresinin beynəlxalq münasibətlər üzrə Komitəsinin "erməni soyqırımı"nı tanımaq barədə iki qanun layihəsini qəbul etmək barədə qərarı "elmi reallıqlara əsaslanmayan siyasi addımdır". Trend in türk KİV-ə istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda mətbuat konfransında bildirib.

Baş nazir "Dövlətin bu məsələ ilə heç bir əlaqəsi olmayan qərarı nəyə əsaslanır?" sualına cavab verərkən Ərdoğan bildirib ki, əgər bu proses davam edərsə, bu dövlətə qarşı cavab kampaniyasının aparılması mümkündür.

"Konqresin Komitəsinin qərarı bütünlükdə "bütün dünyada sülhün möhkəmlənməsi məqsədlərinə xidmət etməyən siyasi aktdır" -deyə Ərdoğan bildirib. O qeyd edib ki, bu məsələ "sentimentallığa" əsaslanmamalıdır.

Bu arada, Türkiyənin XİN-nin rəsmi bəyanatında Konqresin beynəlxalq münasibətlər üzrə Komitəsinin qərarı ilə bağlı narahatlıq ifadə edilib. Sənəddə ABŞ Dövlət Departamentinin mövqeyinə müsbət qiymət verilib. Belə ki, Departamentin rəhbəri "Konqresin komitəsinin bu qərarının bu məsələ ilə bağlı Vaşinqtonun siyasətini əks etdirmədiyini" bəyan edib.

Xarici siyasəi idarəsinin bəyanatında həmçinin hər iki qanun layihəsinin komitə səviyyəsində qalacağına və Konqresin geniş Şurasında müzakirə olunmayacağına ümid ifadə olunur.

Qeyd edək ki, əgər ABH Nümayəndələr Palatasının rəhbəri Denis Hastert (Dennis Hastert) öz "veto" hüququndan istifadə etməzsə, hər iki məsələ Konqresdə səsverməyə göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti