...

ERMƏNİLƏRİN QƏTNAMƏLƏRİNİ MÜZAKİRƏ ETMƏK KONQRESMENLƏRİ BEZDİRİB

Dünya xəbərləri Materials 20 Sentyabr 2005 18:02 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Den Barton (Dan Burton) "erməni soyqırımı"nın tanınması barədə iki qanun layihəsinin dəstəklənməsi barədə Konqresinin beynəlxalq münasibətlər Komitəsinin qərarını şərh edərkən bildirib ki, "bu məsələ 20 ildir ki, gündəlikdədir və konqresmenlərin müzakirə etməsi üçün daha vacib məsələlər var".

Trend in Türkiyənin KİV-nə istinadən yaydığı məlumata görə, D. Barton "Washington Post" qəzetinə verdiyi müsahibəsində bildirib ki, "bu hadisələr 100 il bundan əvvəl baş verib, şəxsən onun özü isə bu mövzu ilə ilk dəfə 20 il əvvəl tanış olub".

D. Bartonun sözlərinə görə, "Katrina"nın nəticələrini aradan qaldırılması ilə bağlı məsələləri və ya terrorizmlə mübarizəni müzakirə etməkdənsə,"Konqres hər il eyni vaxtda eyni məsələni müzakirə edir".

Xəbər lenti

Xəbər lenti