...

AVROPA PARLAMENTİ TÜRKİYƏYƏ "ERMƏNİ SOYQIRIMI"NI TANIMAĞI TÖVSİYƏ EDİB

Dünya xəbərləri Materials 28 Sentyabr 2005 17:14 (UTC +04:00)

Sentyabrın 28-də Avropa parlamenti geniş iclasında Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair danışıqların başlaması üzrə məsələyə baxılmasını təxirə salıb.Bu qətnamənin əvəzinə Ankaraya "erməni soyqırımı"nı tanımaq çağırışını qəbul edib. Trend Türkiyə KİV-ə istinadən bildirir ki, Xristian Demokratların Türkiyə ilə danışıqların başlaması üzrə məsələyə baxılmasının təxirə salınması haqqında təklifi 311 parlamentari tərəfindən dəstək qazanıb, bunun əleyhinə yalnız 285 nəfər çıxış edib.

Gündəliyin növbəti məsələsi Türkiyə rəhbərliyinə Osmanlı Türkiyəsində qondarma erməni soyqırımının tanınması çağırışı ilə bağlı sənədin müzakirəsi olub.Həmin təklif Avropa parlamentarilərinin əksəriyyəti tərəfindən dəstəklənib.

Qeyd edək ki, Avropa parlamentinin qərarı yerinə yetirilməsi mütləq deyil və tövsiyə xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti