...

HƏRBİ HİSSƏDƏN QAÇMIŞ HƏRBÇİLƏR HƏRBİ POLİS TƏRƏFİNDƏN DİNDİRİLƏCƏK

Dünya xəbərləri Materials 10 Oktyabr 2005 17:49 (UTC +04:00)

(Praym-Nyus) - Kaxeti regionunun Dedopliskaro rayonunda yerləşən hərbi hissədən qaçmış Azərbaycan milliyyətindən olan 10 hərbçi hərbi polistərəfindən dindiriləcək.Xalq müdafiəçisi Sozar Subarinin də dediyi kimi, bu barədə qərar baş qərargah rəisinin müavini Aleksandr Kiknadze ilə söhbətdə qəbul edilib.

Sozar Subarinin sözlərinə görə, hərbi hissədə xidməti səlahiyətlərin həddini aşması faktının olub-olmaması hərbi polisdə müəyyən ediləcək. "Əgər qanun pozuntusu təsdiq olunmasa, onda hərbçilər intizam məsuliyyətinə cəlb ediləcək, belə ki, onların yerləşdikləri hərbi hissəni tərk etmək hüququ yoxdur" -deyə ombudsman bildirib.

O, qeyd edib ki, Xalq müdafiəçisinin aparatı müdafiə nazirliyi və qaçan hərbçilər arasında vasitəçi olmağa hazırdır.

Hərbçilər bəyan edir ki, kapitan Zaza Kamxelaşvili tərəfindən təzyiqə məruz qalıblar.

Xəbər lenti

Xəbər lenti