Azərbaycanda bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirli bilinən dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 8 Fevral 2010 12:32 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Matveyev Oleq Aleksandroviç, İbrahimov İbrahim Rəfail oğlu və 1985-ci il təvəllüdlü Ağabalayev Zahid Atabala oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirli bilinən dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirli bilinən dəstənin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Matveyev Oleq Aleksandroviç, İbrahimov İbrahim Rəfail oğlu və 1985-ci il təvəllüdlü Ağabalayev Zahid Atabala oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 15-nə təyin edilib.

Dəstə üzvləri Amerikadan sifarişlə aldıqları xüsusi qurğu vasitəsilə Rusiyadan aldıqları plastik kartlardan vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Daha sonra həmin şəxslər Bakının müxtəlif yerlərinə gedib və bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarıblar.

Matveteyev saxlandıqdan sonra yaşadığı mənzildən 1 ədəd "hp" markalı LCD monitoru, qara rəngli personal kompüter, 1 ədəd "Acer" markalı noutbuk, 1 ədəd "Cerativ" markalı elektrik qidalandırıcısı, 2 ədəd "Pioneer" markalı maqnitafon, 340 ədəd üzərində kodları yazılmış plastik kartlar, içərisində mikrosxemlər hazırlamaq üçün avadanlıq olan 1 ədəd gümüşü rəngli çanta, ETC tipli "Panasonic" qurğu, 18 ədəd CD diski, 12 ədəd disket, 1 ədəd mikrovideokamera və s. müsadirə olunub.

Cinayət işi üzrə ümumilikdə 87 nəfər zərərçəkmiş kimi tanınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən oğurluq etmək (177.2.1 177.2.2), saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama və ya satma (205), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən, təkrar, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma (213-1.2.1, 213-1.2.2) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti