...

"Bakcell" əlilliyi olan uşaqların dəstəklənməsi üçün xeyriyyə auksionu keçirib (FOTO)

Cəmiyyət Materials 7 May 2013 20:40 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkətin Mançester Yunayted ilə tərəfdaşlığı çərçivəsində təşkil etdiyi xeyriyyə auksionu olduqca uğurlu keçib.
"Bakcell" əlilliyi olan uşaqların dəstəklənməsi üçün xeyriyyə auksionu keçirib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkətin Mançester Yunayted ilə tərəfdaşlığı çərçivəsində təşkil etdiyi xeyriyyə auksionu olduqca uğurlu keçib. Auksion zamanı yığılmış 23 000 AZN məbləğində vəsait əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi sahəsində işlərin dəstəklənməsi üçün UNİCEF təşkilatına ianə veriləcək.

Auksion Mayın 3-də Mançester Yunaytedin əfsanəvi hücumçusu Duayt Yorkun Bakıya gəlişinə həsr olunmuş təntənəli şam yeməyi zamanı keçirilib.

Tədbir zamanı Bakcell şirkətinin Baş Direktoru cənab Riçard Şirer bildirib ki, "Bakcell-in geniş KSM proqramının əsas məqsədi gənclərə və ehtiyacı olan uşaqlara dəstək göstərməkdir. "Biz uşaqlara yönəlmiş KSM və xeyriyyə layihələri çərçivəsində bir neçə təşkilatla əməkdaşlıq edirik. Böyük üstünlüyümüz ondan ibarətdir ki, ən böyük tərəfdaşlarımızdan biri - Mançester Yunayted klubu həmçinin uşaqlara dəstək göstərir və UNİCEF ilə uzun müddətdir ki əməkdaşlıq etməkdədir. Biz isə Bakcell və Mançester Yunayted tərəfdaşlığı çərçivəsində UNİCEF ilə əməkdaşlığa başlamağımıza şadıq" - deyə o bildirib.

Mançester Yunayted və UNİCEF arasında əməkdaşlıq 1999-cu ildə "United for UNİCEF" proqramı ilə başlayıbı. Klub UNİCEF-in proqramları üçün 2.5 milyon funtdan artıq vəsait toplayaraq, dünyanın 2.2 milyon uşağına yardım göstərib.

"UNICEF Azerbaycan bu vəsaiti böyük məmnuniyyətlə Azərbaycanda əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərə sərf edəcək. Bu işlərə bütün uşaqların çətinlik və əlilliyə baxmayaraq, bir yerdə təhsil alması üçün imkanın yaradılması naminə təhsil sisteminin tam inklyuziv təhsil sisteminə çevrilməsi və əlilliyi olan uşaqlara qarşı münasibət və davranışların dəyişilməsidir. Biz Bakcell şirkətinin həyata keçirdiyi sosial məsuliyyət və xüsusilə də əlillik üzrə layihələri yüksək qiymətləndiririk. Ümid edirik ki, birgə əməkdaşlığımız ölkədə uşaqların rifahının yaxşılaşdırılmasına kömək edəcək" - deyə UNİCE Azərbaycan təşkilatının nümayəndəsi Mark Herevard bildirib.

Auksion zamanı Mançester Yunayted futbolçuları tərəfindən imzalanmış formalar, butslar, nömrəli maykalar, bioqrafiya kitabları, İPL topları, Mançester Yunaytedin oyunçuları tərəfindən imzalanmış "Mançester Yunayted Tarixi" adlı illüstrasiyalı kitab və Duayt Yourkun şəxsən imzaladığı forma satışa çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti