...

Ziyad Səmədzadə: Azərbaycandakı xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çox çətindir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 May 2013 11:38 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çox çətindir.
Ziyad Səmədzadə: Azərbaycandakı xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çox çətindir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə həmkarlar ittifaqlarını yaratmaq çox çətindir. Trend-in məlumatına görə, bunu Milli Məclisində UNİCEF-in də dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan parlamentinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Səmədzadənin sözlərinə görə, "bu sahədə biz xeyli çətinliklərlə üzləşirik".

O qeyd edib ki, uşaq hüquqları ilə bağlı bəzi məsələlərin öz həllini tapmasına baxmayaraq, hələ də uşaqların əməyindən qanunsuz istifadə olunur. Səmədzadə vurğulayıb ki, dünyada baş verən qlobal maliyyə böhranından daha çox uşaqlar əziyyət çəkirlər: "Çünki dünyada baş verən böhranın əsas səbəbini ictimai maraqların toqquşması təşkil edir. Sovetlər dönəmində isə ictimai maraqlar ifadəsi daha qabarıq şəkildə mövcud idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi əsas amil olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda son 10 ildə həyata keçirilən strateji planlaşdırmaların əsas məqsədlərindən birini uşaqların müdafisəi ilə bağlı məsələlər təşkil edir.

Səmədzadənin sözlərinə görə, bu gün dünyada uşaqlara illik ayrılan vəsaitin həcmi 200 milyard dollardan çoxdur. O bildirib ki, dünyada biznes strukturları uşaqların hüquqlarını pozur və bunun da əsas səbəblərindən biri sağlamlığı təbliğ etmyən reklam çarxlarının mövcudluğudur:

"Avropada ümumi əhalinin sayında uşaqların payı 12-13 faiz, yaşayış səviyyəsi aşağı olan ölkələrdə isə bu göstərici 45-50 faiz təşkil edir. Hazırda əsas müzakirə mövzusu investsiyanın kasıb ölkələrə necə yönəldilməsidir".

UNİCEF-in Baş qərargahının korporativ sosial məsuliyyət üzrə mütəxəsisi İda Marqarita Hilestid təqdimatla çıxışı zamanı bildirib ki, marketinq işində məşğul olanlar aqressiv reklamları yayımlamamalıdırlar, çünki uşaqlar çox həssasdırlar, manipulyasiyalara tez məruz qalırlar. O, biznes strukturlarının uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklər götürməli olduqlarını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti