...

Lənkəranda gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsinə dair konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2013 14:51 (UTC +04:00)
“Gənclər Evi – gənclərin ətraf mühit məsələlərində iştirakını gücləndirmək üçün platformadır” layihəsi çərçivəsində Lənkəran Gənclər Evində konfrans keçirilib.
Lənkəranda gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsinə dair konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Gənclər Evi - gənclərin ətraf mühit məsələlərində iştirakını gücləndirmək üçün platformadır" layihəsi çərçivəsində Lənkəran Gənclər Evində konfrans keçirilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından Trend-ə verilən məlumata görə, ARGTMŞ Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin tərəfdaşlığı ilə keçirilən konfransın əsas məqsədi 2012-ci ilin mayından etibarən respublikanın Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarında həyata keçirilən layihənin iştirakçılarını, yerli səviyyədə qərar qəbul edən rəsmiləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və görülmüş işlərin hesabatını vermək olub.

Gənclər evlərinin potensialının gücləndirilməsi, idarəetmədə və qərar qəbulu proseslərində gənclərin rolunun effektiv artırılması haqqında fikir mubadiləsi aparmaq konfransın başlıca məqsədlərindən olub.

Konfransda tərəfdaş qurumların nümayəndələri, Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarından olan gənclər, yerli Gənclər və İdman idarələri, Lənkəran və digər rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.

Konfransda gənclərlə rəsmilər arasında bir sıra görüşlər keçirilib, regionun gələcək inkişafı ilə bağlı olaraq gənclər öz təkliflərini irəli sürüb. Gənclərin təklifləri böyük maraqla dinlənilib.

Qeyd edək ki, layihə çərçivəsində bir çox fəaliyyətlər həyata keçirilib, region gəncləri arasında qeyri-formal təhsil metodu üzrə ətraf mühitin qorunması mövzusunda təlimlər aparılıb, region gəncləri arasında 25 nəfərlik ekologiya təşviqat qrupları yaradılıb və sonradan könüllü gənclərin müraciəti ilə qruplar say baxımından daha da genişlənib. Regionlar arasında gənclərin iştirakı ilə 6 min gənc arasında sorğular aparılıb, adıçəkilən regionların ucqar dağ kəndlərində gənclərə səyyar təlim qrupları tərəfindən ətraf mühit məsələləri üzrə 2 il müddətində 3000-dən çox gəncə birbaşa və dolayı yolla təlimlər keçirilib. Eləcə də gənclərlə rayon icra hakimiyyəti nümayəndləri arasında görüşlər təşkil olunub, gənclərin təklifləri dinlənilib. Gənclər tərəfindən onların təşəbbüsü ilə son iki ay ərzində 11 kiçik həcmli layihə icra olunub və hal-hazırda icra olunmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti