...

Akif Musayev: Bələdiyyələrdə vahid uçot sistemi mövcud deyil

Siyasət Materials 27 Mart 2006 13:21 (UTC +04:00)
Akif Musayev: Bələdiyyələrdə vahid uçot sistemi mövcud deyil

Azərbaycanın Vergilər Nazirliyində martın 27-də bələdiyyələrin vergiödəyicilərin uçotu üzrə normativ bazanın təqdimatı ilə əlaqədar seminar keçirilib. Tədbir özünüidarə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Trend in verdiyi xəbərə görə, Nazirliyin vergi siyasətinin və strateji tədqiqatları Baş İdarəsinin rəisi Akif Musayevin sözlərinə görə, bələdiyyələr üzərində metodiki rəhbərlik "Yerli vergilər və ödənişlər barədə" Qanun üzrə 2002-ci ildə təsdiqlənən prezidentin sərəncamına müvafiq olaraq Vergilər Nazirliyinə tapşırılıb.

2005-ci ildə bu istiqamətdə yerli vergilərin hesablanması və ödənməsi, ödəniş xəbərdarlığı və onların tərtib edilməsi qaydaları, yerüstü sərvətlər üzrə vergi bəyannaməsinin forması və onların tətbiqi üzrə metodiki göstərişlər hazırlanıb.

Hazırda respublikada 2734 bələdiyyə fəaliyyət göstərir. Lakin A.Musayevin qeyd etdiyi kimi, indiyə kimi bələdiyyələrdə uçotun tətbiqi və vahid uçot sisteminin tətbiqi mexanizmi mövcud deyil. Bununla əlaqədar, onlarda yerli büdcəyə vergi ödəyən vətəndaşlar barədə dəqiq məlumat yoxdur.

Nazirlik bələdiyyələrdə vahid uçot sisteminin tətbiqi üçün 2 sənəd hazırlayıb. Onlardan birincisi, yerli büdcəyə vergi ödəyən fiziki şəxslərin uçotu qaydaları və ikincisi, bələdiyyələrin büdcəsinə fiziki şəxslərin daşınmaz əmlakının vergisi uçotunun tətbiqi üzrə Qaydalara görə metodiki göstəricilərdir. Vergilər Nazirliyinin bələdiyyələr üzrə şöbəsinin rəisi Hafiz Məmmədov onları təqdim edərkən bələdiyyələr üçün daha bir vacib sənəd - özünüidarə orqanı ərazisində fəaliyyət göstərən turizm, mehmanxana və sanatoriya-kurort fəaliyyəti üzrə xidmət göstərən vergiödəyicilərinin ödənişləri üzrə bəyannamənin forması barədə də danışıb. Onlar gələn ayın 20-nə kimi bələdiyyələr qarşısında hesabat verməlidirlər. H.Məmmədovun sözlərinə görə, bu, həm bələdiyyələr, həm də vergiödəyicilər qarşısında məsuliyyəti artırır.

Uçotun tətbiqinin prosesi yerli büdcəyə daxil olan vergilərin şifrələnməsinin nəzərdə tutulması ilə də təkmilləşdirilib. Verginin hər bir növü üzrə şifrə 6 işarədən ibarət olacaq. Bundan əlavə, hər bir vergiödəyicisi üçün ona VN tərəfindən veriləcək bələdiyyənin şifrəsi əsasında şifrə müəyyən ediləcək. Vergiödəyicilərə də yerli bğücəyə vəsait ödədiyi üçün vəsiqə veriləcək və bələdiyyələrdə onların siyahısı tərtib olunacaq. Bu orqanlarda eləcə də yerli büdcəyə daxilolmalar və qaytarılan vəsaitlər barədə reyestr hazırlanacaq. H.Məmmədov eləcə də ünvanın dəyişdiroiləcəyi halda bələdiyyələrin 15 gün ərzində uçota dayanmasının zəruriliyini də qeyd edib. Uçotun ləğv olunması 3 halda - vergiödəyicinin yoxa çıxması, ölüm və əmlakdan məhrum edilməsi zamanı baş verə bilər.

Xəbər lenti

Xəbər lenti