İranın Hərbi Dəniz Qüvvələri (HDQ) komandirinin müavini Qulamrza Xadim ISNA informasiya agentliyinə verdiyi müsahibədə cümə günü istifadəyə verilən "Camaran" birinci eskadra mina tral gəmisinin (esmines) xüsusiyyətləri barədə danışıb. O qeyd edib ki, İran HDQ-nin mütəxəssisləri hazırda İranın şimalında Xəzər dənizində istifadə ediləcək ikinci esminesin buraxılması üzərində işləyirlər.
Cümə günü İran HDQ-nin birinci eskadra tral gəmisinin təqdimat mərasimi Fars körfəzində keçirilib.
"Camaran" mina gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. FARS informasiya agentliyi esminesi "ən böyük müdafiə layihəsi" adlandırıb.
"Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, esminesin bortunda vertolyot yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.
Xadim deyib ki, ölkənin şimalında ikinci mina tral gəmisinin istehsalı prosesi uğurla irəliləyir və gəmi tezliklə istismara veriləcək. O əlavə edib ki, ikinci eskadra mina tral gəmisi öz sələfinə oxşayacaq.