...

İranda hərbi parad keçiriləcək

Dünya xəbərləri Materials 8 Aprel 2013 12:59 (UTC +04:00)
Aprelin 18-də İran Silahlı Qüvvələri Günü münasibəti ilə Tehranda hərbi parad keçiriləcək.
İranda hərbi parad keçiriləcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Cəfərov/

Aprelin 18-də İran Silahlı Qüvvələri Günü münasibəti ilə Tehranda hərbi parad keçiriləcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edəcək. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq.

Məlumata əsasən, paradda hərbi təyyarələrin hava nümayişləri olacaq.

Qeyd edək ki, 18 aprel İranda Silahlı Qüvvələr Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti