...

İran və Belarus arasında əlaqələrin inkişafı müzakirə olunacaq

Dünya xəbərləri Materials 16 Aprel 2014 10:55 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani bu gün Səhər Belarusa səfər edib.
İran və Belarus arasında əlaqələrin inkişafı müzakirə olunacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T.Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani bu gün Səhər Belarusa səfər edib.

Trend-in İranın İLNA agentliyinə istinadən məlumatına görə, Ə.Laricani səfərdən öncə jurnalistlərə deyib ki, səfər zamanı Tehan və Minsk arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılacaq: "Belarus İranla dost ölkələrdəndir və bir çox sahələrdə əməkdaşlıqlarımız var. İki ölkənin parlamentləri arasında əlaqələr də yaxşı səviyyədədir".

Onun sözlərinə görə, səfər Belarus parlamentinin rəsmi dəvəti ilə baş tutur və səfər zamanı əlaqələrin daha da inkişafı üçün müzakirələr aparılacaq.

Ə.Laricani deyib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı barədə də müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti