Azərbaycan, Bakı, 17 aprel / Trend /
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 22-də Xəzəryanı dövlətlərin zirvə toplantısında iştirak etmək üçün Moskvaya yola düşəcək. Trend PressTV telekanalına istinadən bu barədə çərşənbə günü məlumat verir.
Nazir səfər zamanı həmkarları ilə görüşlər keçirəcək, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.