...

İran polisi böyük narkotika partiyasını müsadirə edib

Dünya xəbərləri Materials 20 Aprel 2014 02:07 (UTC +04:00)
İran polisi İsfahan əyalətində son iki sutka ərzində təxminən 404 kiloqram narkotik maddə müsadirə edib.
İran polisi böyük narkotika partiyasını müsadirə edib

Azərbaycan, Bakı, 20 aprel / Trend /

İran polisi İsfahan əyalətində son iki sutka ərzində təxminən 404 kiloqram narkotik maddə müsadirə edib. Trend İRNA agentliyinə istinadən bu barədə yerli polis rəhbəri şənbə günü bildirib.

Onun sözlərinə görə, keçirilmiş əməliyyat nəticəsində əyalətin müxtəlif yerlərində 404 kiloqrama yaxın həşiş və tiryək müsadirə olunub, həmçinin 30 narkotik maddə alverçisi həbs olunub.

İran tiryək istehsalçısı olan Əfqanıstanın Avropa ilə arasında tranzit dəhlizdə yerləşir.

Xəbər lenti

Xəbər lenti