...

İran Manhettendəki binanın müsadirəsinə hiddətlənib

Dünya xəbərləri Materials 20 Aprel 2014 08:07 (UTC +04:00)
İran hakimiyyəti ABŞ məhkəməsinin Manhettendəki "Ələvi" fonduna məxsus 36 mərtəbəli göydələnin müsadirə barədə qərarını kəskin şəkildə tənqid edib.
İran Manhettendəki binanın müsadirəsinə hiddətlənib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

İran hakimiyyəti ABŞ məhkəməsinin Manhettendəki "Ələvi" fonduna məxsus 36 mərtəbəli göydələnin müsadirə barədə qərarını kəskin şəkildə tənqid edib. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Buna səbəb Beşinci avenyudakı binanın sahibləri otaqların icarəsinə görə əldə edilən pulu İranın Melli İran dövlət bankına verilməsi barədə məlumat olub.

Çünki ABŞ-da İslam Respublikasına qarşı sanksiyaların mövcudluğuna görə, belə transaksiyalar qanunsuz sayılır.

"Müstəqil xeyriyyə təşkilatının mülkiyyətinin müsadirəsi ABŞ ədliyyə sisteminin müstəqilliyinə kölgə salır", - İranın xarici işlər nazirliyinin nümayəndəsi Mərziyə Əfhəm bildirib.

Xəbər lenti

Xəbər lenti