...

Bəhreyndə avtomobil partladılıb, iki nəfər həlak olub

Dünya xəbərləri Materials 20 Aprel 2014 04:19 (UTC +04:00)
Bəhreyn paytaxtı Manamanın yaxınlığında avtomobildə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.
Bəhreyndə avtomobil partladılıb, iki nəfər həlak olub

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bəhreyn paytaxtı Manamanın yaxınlığında avtomobildə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Fars Körfəzindəki ada dövlətinin Daxili İşlər Nazirliyinin məlumatına görə, maşın partlayıcı qurğu ilə dolu ola bilərdi.

Hazırda məlum deyil ki, ölənlər özləri partlayış törətmək istəyiblər və ya onların maşınını başqası minalayıb.

Ölkədə müxtəlif obyektlərin partladılması halları da artıb.

Xəbər lenti

Xəbər lenti