...

İD-in yaraqlıları Suriyanın şimal-şərqində Hərbi Hava Qüvvələrinin bazasına hücumları bərpa ediblər

Dünya xəbərləri Materials 16 Sentyabr 2014 07:30 (UTC +04:00)
"İslam dövləti" qruplaşmanın yaraqlıları bazar ertəsi Suriyanın şimal-şərqində Deyr əz-Zor şəhərindəki hərbi bazasına hücumları bərpa ediblər.
İD-in yaraqlıları Suriyanın şimal-şərqində Hərbi Hava Qüvvələrinin bazasına hücumları bərpa ediblər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

"İslam dövləti" qruplaşmanın yaraqlıları bazar ertəsi Suriyanın şimal-şərqində Deyr əz-Zor şəhərindəki hərbi bazasına hücumları bərpa ediblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Livanın "əl-Mayədin" telekanalı xəbər verir.

"Əl-Mayədin"in məlumatına görə, islamçılar və suriya ordusu arasında güclü döyüşlər əl-Cabaliya, əl-Ərfi və suriya ordusunun hərbi aerodromunun yaxınlığında yenidən başlayıb. Hərbi toqquşmalar zamanı hökumət qoşunları yaraqlıların təchizatının əsas kanalı sayılan əl-Siyasiya şəhərindəki körpünü partlatmağa müvəffəq olublar, bu da islamçıların vəziyyəti ağırlaşdırıb.

Yaraqlılar sentyabrın əvvəlindən Hərbi Hava Qüvvələrinin bazasına hücum edirlər. Aerodrom ətrafında vəziyyət kəskin pisləşib.

Livan-Suriya sərhədindəki, Ersal dağlıq rayonunda, suriya ordusu "Cebhat ən-nüsra" qruplaşmasının yaraqlıları cəmləşdiyi yerlərə zərbə vurublar, nəticədə "nüsra"nın Əbu Ömər əl-Xomsi ləqəbli səhra komandiri qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti