...

Bağdadda partlayış: 14 nəfər ölüb, 40 nəfər yaralanıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2014 02:31 (UTC +04:00)
İraqın paytaxtı Bağdadda çərşənbə axşamı baş vermiş partlayış nəticəsində, ən azı 14 nəfər olub, daha 37 nəfər isə yaralanıb.
Bağdadda partlayış: 14 nəfər ölüb, 40 nəfər yaralanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

İraqın paytaxtı Bağdadda çərşənbə axşamı baş vermiş partlayış nəticəsində, ən azı 14 nəfər olub, daha 37 nəfər isə yaralanıb. Trend, RİA Novosti agentliyinə istinadən bu barədə Frans Press agentliyi məlumat verir.

Partlayıcı qurğu ilə yüklənmiş avtomobil Bağdadın şiə rayonu olan Sədr-Sitidə (Sadr City) partlayıb. Yerli polis polkovniki agentliyə bildirib ki, partlayıcı qurğu bazarın yaxınlığında avtomobildə quraşdırılıb. Digər təfərrüatları açıqlanmır.

Dünən analoji terror aktı Bağdadın şərqində Ur rayonunda törədilib, 12 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti