...

Baş nazir: Əgər mən Türkiyə Prezidenti olsam, onda bütün Konstitusiya səlahiyyətlərimdən istifadə edəcəyəm

Dünya xəbərləri Materials 17 Aprel 2014 05:54 (UTC +04:00)
Mən hələ ki, prezident postuna seçilməsinə qərara gəlməmişəm, lakin məni seçsələr, onda bütün konstitusiya səlahiyyətlərimdən istifadə edəcəm.
Baş nazir: Əgər mən Türkiyə Prezidenti olsam, onda bütün Konstitusiya səlahiyyətlərimdən istifadə edəcəyəm

Azərbaycan, Bakı, 17 aprel / Trend /

"Mən hələ ki, Prezident postuna seçilmək qərarına gəlməmişəm, lakin məni seçsələr, onda bütün Konstitusiya səlahiyyətlərimdən istifadə edəcəyəm". Trend "Hurriyet Daily News" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib.

"Əgər məni seçsələr, onda mən bütün imkanlardan istifadə edən xalq Prezidenti olacağam", - Ərdoğan deyib.

Onun sözlərinə görə, əgər seçkilərdə Prezident postunu tutsa, onda o, avtomatik hakimiyyətinin icra qolunun hissəsi olacaq.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.

Əgər prezident seçkilərində namizədlərdən heç biri birinci turda 51 faiz səs toplamasa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti