...

Baş nazirinin müavini: Türkiyənin baş naziri prezident seçkilərində iştirakı barədə qərarı mayda qəbul edə bilər

Dünya xəbərləri Materials 19 Aprel 2014 22:06 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayın ortalarında qəbul edə bilər.
Baş nazirinin müavini: Türkiyənin baş naziri prezident seçkilərində iştirakı barədə qərarı mayda qəbul edə bilər

Azərbaycan, Bakı, 19 aprel / Trend /

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayın ortalarında qəbul edə bilər. Trend "Hurriyet daily news" qəzetinə istinadən bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınç şənbə günü deyib.

Onun sözlərinə görə, əgər baş nazir dövlət başçısı postuna namizədliyini irəli sürsə, Türkiyə prezidenti Abdulla Gül baş naziri dəstəkləyəcək.

"Ümid edirik ki, avqustda keçirilən prezident seçkiləri partiyamızın növbəti uğuru olacaq", - Arınç deyib.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti