Azərbaycan, Bakı, 25 aprel / Trend
Cümə axşamı Suriyadan iki minaatan mərmi Türkiyə ərazisində partladı.
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Mərmilər Hatay vilayətinə düşüb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Suriyada üç ilə yaxın davam edən münaqişə 140 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərini tərk etməyə məcbur olub.